CƏMİYYƏT


Vətən müharibəsində yaralanan əsgərlər bu mərkəzdə müalicə olunacaqlar

Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edib yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri həmin təşəbbüsü dəstəkləyərək qərara alıblar ki, Vətən müharibəsində iştirak edib yaralanan hərbçilərə sabahdan etibarən həmin mərkəzdə xidmət göstərilsin. Əminəm ki, bu mərkəzdə reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.