CƏMİYYƏT
Yaralı halda döyüşən, xüsusi igidlik nümayiş etdirən XTQ zabiti Elvin Məmmədov
19.11.2020 [18:05]
Xüsusi Təyinatlı Qüvvəllərin zabiti Elvin Məmmədov Qarabağ müharibəsində xüsusi igidlik nümayiş etdirib. Elvin Məmmədov topraqlarımızın işğaldan azad edilməsi uğrunda gedən bir-sıra döyüşlərdə iştirak edib, Füzuliyə Azərbaycan bayrağını sancıb, Laçın kolidorunun azad olunmasında iştirak edərkən çənə hissəsindən ağır snayper yarası alıb. Buna baxmayaraq döyüşü yaralı davam etdirib, Şuşa şəhərinin işğaldan azad olunması zamanı düşmənlə üzbəüz döyüşlərdə igidlik göstərib. Qəhrəman zabitin 2 oğlan övladı var. Yeni doğulan körpəsini isə hələ görməyib. AZƏRTAC zabitin ailəsi ilə görüşüb. Məmmədovlar ailəsi torpaqların azad edilməsində göstərdiyi igidliyə görə, Elvinlə fəxr etdiklərini bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
03.06.2023 [20:56]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
03.06.2023 [22:08]
03.06.2023 [21:46]