CƏMİYYƏT


Ölümə qalib gələn qəhrəman hərbçimiz

Sentyabrın 27-dən qarabağ uğrunda gedən döyüşlərdə ermənilərə qarşı vuruşan Qarabağ qazisinin evində qonaq olduq. Elçin Bayramov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 28 gün Qarabağ torpağında mərdi mərdanə vuruşan hərbçimiz 29-cu günündə ermənilərin atdığı minamyot mərmisindən aldığı qəlpə yaraları ilə hərbi hospitala gətirilib. Ağır yaralanan hərbçimiz Bakıda əməliyyat olduqdan sonra ambulator müalicəsinin davam etdirilməsi üçün evinə buraxılıb. Elçin Bayramova indi yalnız xatirələr qaldı o döyüşlərdən. Amma onun bir istəyi olub Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək. Döyüşlərdə axıra qədər iştirak edə bilməsədə bu sevinci ona döyüş yoldaşları yaşatdı. Qarabağ işğaldan azad oludu!