CƏMİYYƏT


Gəncədə məskunlaşan kəlbəcərlilər doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqına müraciət edib və xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən xüsusən də kəlbəcərlilər tərəfindən böyük coşqu və sevinc hissi ilə qeyd edilir.