CƏMİYYƏT


ANAMA sentyabrın 27-dən noyabrın 30-dək 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci il sentyabrın 27-dən noyabrın 30-dək 2061 siqnal (əməliyyat çağırışı) əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Nəticədə 727 ədəd partlamamış hərbi sursat (PHS), 4330 ədəd piyada əleyhinə mina, 1110 ədəd tank əleyhinə mina, 1643 ədəd partlamış raket hissələri aşkarlanaraq zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib.