CƏMİYYƏT


Vətən müharibəsinin şanlı zəfərinə öz adını qanı ilə yazan şəhidimiz Fizuli Həbibi

Vətən müharibəsi başlayanda hərbi biletini ailəsindən gizlətmişdi. Vətənin keşiyində durmaq üçün cəbhəyə könüllü getdi. Cəlilabad şəhər sakini, 25 yaşlı Fizuli Həbibi doğma torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucaldı. 44 günlük Vətən müharibəsinin şanlı zəfərinə öz adını qanı ilə yazdı. Anası Azadə Həbibova, atası Nizami Həbibli qəhrəman döyüşçü haqqında AZƏRTAC-a danışıblar.