CƏMİYYƏT


28 ildən sonra Laçına qovuşduq

28 İl 6 aylıq həsrətə artıq son qoyuldu.1992-ci il may ayının 18-də Laçın şəhəri və onun kəndləri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Bu gün Laçın şəhəri və onun kəndləri düşmən tapdağı altından azad edildi. Hər kəs Laçın şəhərinin işğaldan azad edilməsini, bu sevincli günü qeyd edir və şəhərdə avtoyürüş keçirilir.