CƏMİYYƏT


Vətən müharibəsində ayağını itirən qəhrəman topçu

44 günlük Vətən müharibəsində öz igidliyi ilə seçilən əsgər Abbas Abbaslı qəhrəman qazi kimi evinə qayıdıb. Piyada əleyhinə minaya düşərək əlindən yaralanan və sağ ayağını dizdən aşağı itirən qazi Vətən uğrunda topçu kimi döyüşdüyünə görə fəxr edir. Əslən Cəbrayıldan olan Abbas bu torpaqları heç vaxt görməsə də, Cəbrayılın həmiçin Xocavənd, Füzuli, Şuşanın azad olunmasında xidmətləri olub.