CƏMİYYƏT


Döyüşlərdə üzü yanan Heydər: Tankçı olmağımla fəxr edirəm

Ucarın Qəzyan kəndindəndə olan, 20 yaşlı Heydər Hüseynov 44 günlük Vətən müharibəsində tankçı kimi xidmət göstərib. İgid tankçı düşmənin bir-çox hərbi mövqelərini, texnika və canlı qüvvəsini dəqiq atəşlərlə məhv edib. Noyabrın 8-si döyüş tapşırığını yerinə yetirən zaman tankın içərisində düşmənin tank əleyhinə raket hücumuna məruz qalıb. Tankın içərisində olan Heydərin üzü yanıb, dizindən və əlindən ağır yaralanıb. Cəbhədə könüllü xidmət aparan estetik, plastik və rekonstruktiv cərrah Vüqar Ələkbərov tərəfindən əməliyyat olunub, yanan üzü isə tamamilə sağalıb. Qəhrəmanlığı ilə Vətən müharibəsinə öz adını yazdıran tankçı Heydər Hüseynov AZƏRTAC-a danışıb.