CƏMİYYƏT


Ata yurdu Cəbrayılın azad olunmasında iştirak edən şəhid Əyyub Süleymanov

Cəbrayıl rayonu Qumlaq kənd sakini şəhid Əyyub Süleymanov 20 illik şərəfli ömür yolu keçib. Onun tək arzusu hərbçi peşəsinə yiyələnmək və işğal altında olan torpaqları azad etmək olub. Vətən yolunda canını fəda edən şəhidimiz arzusuna çatdığını elə öz ata yurdu olan Cəbrayıldan ailəsinə xəbər verib. Vətən müharibəsində öz qəhrəmanlığı ilə yadda qalan igidlərimizdən biri də Əyyub Süleymanovdur.