CƏMİYYƏT


Yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Binə qəsəbəsində yaşayan Bahadur Əsgərovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.