CƏMİYYƏT


Dövlət Dəniz Agentliyi fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Azərbaycan Respublikasının Dövlət bayrağı yarıya qədər endirilib, şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb. Saat 12:00 – da Bakı buxtasındakı gəmilər, fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır