CƏMİYYƏT


Vətən müharibəsinə oğlu və qardaşı ilə birlikdə yollanan şəhid mayor Şahlar Cəfərovun döyüş yolu

İyirmi səkkiz illik Vətən həsrəti hər kəsi bir yumruq olaraq birləşdirdi. Döyüşlərdə ata, oğul, qardaş, qohum, dost, qonşu, bir sözlə hər kəs döyüşçü yoldaşı oldu və bir amal uğrunda döyüşdü. Elə Sabirabadın Xəlfəli kəndindən olan Cəfərovlar ailəsi buna bariz nümunədir. Ehtiyatda olan mayor Şahlar Cəfərov Vətən müharibəsində tək özü yox, qardaşı və oğulu ilə birlikdə vətənin harayına yollandı. Cəbhənin müxtəlif istiqamətlərində döyüşən Cəfərovlar ailəsindən mayor Şahlar Cəfərov şəhidlik məqamına ucaldı.