CƏMİYYƏT


Binəqədidə velosiped oğurlayan şəxs saxlanılıb

Bakının Binəqədi rayonu S.S.Axundov küçəsində naməlum şəxs paytaxt sakini olan qadının içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, zərərçəkən qadının müraciəti əsasında ərazinin yaxınlığında olan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək “isti izlər”lə yaxalanıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə təhvil verilən şübhəli şəxsin paytaxt sakini - əvvəllər məhkum olunmuş Niyazi Fərəməzov olduğu müəyyənləşib. Bölmədə onun üzərində axtarış aparılarkən zərərçəkənin çantası, eləcə də pul və mobil telefon aşkarlanaraq götürülüb. Niyazi Fərəməzovun 5-ci polis bölməsində ətrafında əlavə əməliyyat tədbirləri keçirilən zaman onun Binəqədi rayonunda çoxmərtəbəli binaların girişlərindən velosipedlər oğurladığı da məlum olub.