CƏMİYYƏT


Şuşada əlbəyaxa döyüş zamanı 40-dan çox erməni hərbçisini məhv edən şəhidimiz Elxan Hüseynov

Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ən çox fərqlənən və düşmənin canına qorxu salan birliklərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələr oldu. Xüsusi təyinatlılarımız 44 günlük Vətən müharibəsində göstərdikləri əsl qəhrəmanlıq və peşəkarlıq nümunələri ilə adlarını təkcə Azərbaycanın deyil, dünya hərb tarixinə də əsl rəşadət örnəyi kimi yazdırdılar. Müharibədə ən çətin əməliyyatlara cəlb olunan və bütün döyüşlərdən üzüağ çıxan xüsusi təyinatlılarımızın sıralarından neçə-neçə igidimiz Vətən uğrunda son damla qanına qədər döyüşərək şəhidlik zirvəsinə ucaldı. Belə igidlərimizdən biri də şəhid Elxan Hüseynovdur. Otuz yeddi gün komada qalan Elxan ötən gün haqqın dərgahına qovuşub.