CƏMİYYƏT


Salyanda yaşayış yerini qanunsuz tərk edən COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Bəydilli kəndində yaşayan Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.
Belə ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib. Polislər təcili tibbi yardım avtomobili vasitəsi ilə həmin şəxsi yaşadığı evə qaytarıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır