CƏMİYYƏT


Viktor Qasımov: COVID-19 əleyhinə vaksinlərin alınması üçün ikitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik

Artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə də tətbiqinə başlanılıb.AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.V.Qasımovun sözlərinə görə, ölkəmizdə də vaksinlərin alınması ilə əlaqədar kifayət qədər hazırlıq işləri görülüb: “Bununla bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparılıb. Ölkəmiz GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub. Əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, həmin qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub. İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik, orada aparılan işlərlə bağlı məlumatlıyıq və işbirliyi yaradılıb”.