CƏMİYYƏT


Vətən müharibəsi qazisi: Təəssüflənirəm ki, tez yaralandım, çünki arzum Şuşaya qədər irəliləmək idi

Vətən müharibəsində düşmənə qan udduran kəşfiyyatçılarımızdan biri də gizir Nemət Qəhrəmanovdur. O, döyüşlərin ilk günlərindən düşmənə ağır zərbələr vurub. Nemət öz qrupu ilə erməni postlarına daxil olaraq yüksəkliklərin azad edilməsində də qəhrəmanlıq göstərib.AZƏRTAC xəbər verir ki, əslən Cəbrayıldan olan Nemət 1994-cü ildə dünyaya göz açıb, uşaqlıq illərini və yeniyetmə çağlarını köçkünlükdə keçirib.