CƏMİYYƏT


Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolunun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur

Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasına başlanılıb. Belə layihələrdən biri də Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır.AZƏRTAC-ın bölgə müxbiri Suqovuşan kəndinə gedərək yolun bərpası istiqamətində keçirilən genişmiqyaslı tikinti işləri ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Pərviz Əliyev bildirib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa olunur. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır