CƏMİYYƏT


Bir videolentin izi ilə: On beş yaşında əsir götürülən kəlbəcərli Zabil Səfərov o dəhşətli günlərdən danışır...

Ermənilər onu Kəlbəcərdə əsir götürəndə cəmi 15 yaşı vardı. Nənəsinin yalvarışlarına, fəryadına məhəl qoymadan yeniyetmə oğlanı tankın üstünə mindirib özləri ilə aparıblar. Buna etiraz edən nənəsini isə gözünün qabağında güllələyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, 1993-cü ilin aprel ayında olan bu dəhşətli hadisəni kəlbəcərli Zabil Səfərov yaşayıb. Üç ilə yaxın əsirlikdə olan Zabil hazırda Xaçmaz rayonun Nabran kəndindəki Dostluq Turizm Bazasının ərazisində məskunlaşıb. 42 yaşlı Zabil Səfərovunun bir qız, bir oğlan övladı var. Nabran kəndində, ümumilikdə, 40-dan çox kəlbəcərli ailə yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır