CƏMİYYƏT


Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Anar Qurbanov cari ilin aprel və dekabr aylarının müxtəlif vaxtlarında şəhər ərazisindəki 4 fərdi yaşayış evindən, 5 müxtəlif təyinatlı mağaza və 1 köşkə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 12.469 manat olan müxtəlif növ məişət əşyaları, tütün və qida məmulatları, geyim əşyaları, xalça, mobil telefon və kompyuter avadınlaqrını oğurlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır