CƏMİYYƏT


Vətən müharibəsi qəhrəmanı polkovnik Raqif İsrayılov

Qarabağ uğrunda gedən döyüşlər zamanı mühəndis qoşunlarında xidmət edən polkovnik Raqif İsrayılovla görüşdük. O vətən müharibəsində torpaqlarımızı yağı düşmən tapdağından azad etmək üçün yorulmadan xidmət edib. Qubadlı, Kəlbəcər, Daşaltı və Şuşa gedən yolların bərpasında böyük əməyi olub. Yolların düşmən tərəfindən darmadağın olunduğundan yeni yolların salınmasında işlər görüb. 44 günlük Vətən müharibəsində Raqif İsrayılovun göstərdiyi qəhrəmanlığı və şücayətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır