CƏMİYYƏT


İşğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyası davam edir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün dəstək aksiyası davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti belə tədbir Tərtər rayonunda təşkil edilib. Dekabrın 25-də Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan kəndinə səfər edərkən yeni yolun inşa edilməsinin, təmir və abadlıq işlərinin aparıldığının şahidi olduq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər.