CƏMİYYƏT


DİN pirotexniki məmulatların satışını təşkil edən şəxslərə qarşı tədbirlərini davam etdirir

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Nizami rayonunda keçirilib. Rayon ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən vətəndaş Emin Tağıyev polislər əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra onun yaşadığı mənzilə baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb.