CƏMİYYƏT


Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub

2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Əsgərov Dilqəm Qardaşxan oğlu və Quliyev Şahbaz Cəlal oğlu işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüblər. Bu məsələ ilk andan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bu fikri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır