CƏMİYYƏT


Rusiya və Azərbaycanın FHN əməkdaşları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan ərazilərində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatlarını davam etdirir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ramiz Hüseynov jurnalistlərə müsahibəsində bildirib ki, dünəndən etibarən Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarına başlayıblar.