CƏMİYYƏT


Hərbi qulluqçumuz Amin Musayev: Vətənə qısa müddətdə qayıtmağım Ali Baş Komandanın səyləri nəticəsində mümkün oldu

Vətənə qayıtdığım üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu qədər qısa müddətdə azad ediləcəyimə heç özüm də inanmırdım.
AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Amin Musayev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında söyləyib.