CƏMİYYƏT


Vətən sevgisi ilə şəhidlik zirvəsinə ucalan şəhid Vüsal Babayev

Vətən sevgisi ilə yaşayan hərbçilərimizdən biridə Vüsal Babayev olub. O, 44 gün davam edən Vətən müharibəsində cəsurluğu və qəhrəmanlıqları ilə yadda qalıb. Artilleriya hissəsinin komandiri kimi xidmət edən Vüsal Babayev oktyabrın 21-də Füzuli rayonunun Gecə-gözlü kəndidə yaralı əsgəri döyüş meydanından çıxartmaq istəyərkən yanına düşdüyü top mərmisi nəticəsində şəhid olub. Bu gün isə Vüsal Babayevin doğum günüdür. Ailə üzvləri eləcədə yaxınları onun məzarını ziyarət etməyə gəliblər.