CƏMİYYƏT


Kürdəmirdə zəncirvarı yol qəzası baş verib

Kürdəmirdə zəncirvarı yol qəzası baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, DAF markalı iritutumlu yük maşını qarşısında hərəkətdə olan QAZ 31 markalı avtomaşına çırpılıb və yolun hərəkət hissəsini bağlayıb. Bu zaman arxadan gələn Dövlət Yol Polis Xidmətinin avtomaşını da iritutumlu yük maşınına çırpılıb. Nəticədə Dövlət Yol Polisinin avtomaşınında olan 2 nəfər müxtəlif bədən xəsarəti ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin ilkin tibbi yardımından sonra onlar ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.