CƏMİYYƏT


Həm döyüşçü yoldaşlarına tibbi yardım göstərib, həm də düşmənə qarşı vuruşan şəhid Vahid Abbasov

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Vahid Abbasovdur. Hərbi xidmət keçdiyi zamanlarda xüsusi şücaəti ilə fərqlənən Vahid Abbasov torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli, Xocavənd və Cəbrayıl döyüşlərində iştirak edib. Yaralı döyüşçülərə ilkin tibbi yardım göstərməklə yanaşı, düşmənə sarsıdıcı zərbələr endirib. Vahid Abbasov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.