CƏMİYYƏT


DİN: Keçirilən xüsusi əməliyyat nəticəsində 20 kiloqramdan artıq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub. Onun evində axtarış aparılan zaman 9 kq-a yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə - marixuana aşkar edilib.