CƏMİYYƏT


Bakıda karantin qaydalarını pozan daha bir kafe aşkar edilib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən "Nataktari" kafesini aşkarlayıblar.
Baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.