CƏMİYYƏT


Vətən müharibəsində ayağını itirmiş qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsinin iştirakçılarından biri, döyüşlərdə hər iki ayağından ağır yaralanaraq, sağ ayağını itirmiş Seyidəkbər Xaliqovun da yüksək texnologiyalı protezlə təmin edilməsi üçün işlərə start verilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən dəvət olunan qazi müayinə olunub, ayağının ölçüsü götürülüb. Müvafiq müddətdən sonra Seyidəkbər Xaliqov yüksək texnologiyalı protezlə təmin ediləcək.