CƏMİYYƏT


ICESCO-nun Baş direktoru: Azərbaycan elektron hökumət sahəsində inkişaf etmiş ölkələrlə müqayisədə daha çox irəliləyiş əldə edib

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 41 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.