CƏMİYYƏT


Vətəndaşlar bu otaqlarda vaksinasiya olunacaq

Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayacaq. İlk mərhələdə tibb işçiləri vaksinasiya olunacaq. Artıq bunun üçün xüsusi otaqlar ayrılıb və hazır vəziyyətə gətirilib. Vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait yaradılıb. Poliklinikaya daxil olan zaman xüsusi işarələr vətəndaşları birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Müraciət edən vətəndaş qeydiyyata alınacaq, daha sonra vaksinasiya otağına ötürüləcək. 1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova bildirib ki, peyvəndlənmə yalnız həkim yoxlanışı və göstərişi ilə ediləcək. Bu səbəbdən vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir. Peyvəndlər xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında vurulacaq. Peyvəndlənmə olunduqdan sonra 30 dəqiqə ərzində vətəndaş müşahidə otağında yarana biləcək hər hansı bir əks təsirlə əlaqəli olaraq izlənməyə alınacaq. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa vətəndaş evə buraxılacaq.