CƏMİYYƏT


14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı, kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Etibar Yusifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 47 qram heroin və narkotik vasitələrin onlayn satışı nəticəsində əldə etdiyi maddi vəsaitlərin toplandığı plastik kartlar aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Etibar Yusifovun Abşeron rayonunda yaşadığı mənzilə baxış zamanı oradan 7 kiloqram 310 qram heroin, 2 kiloqram 440 qram qurudulmuş marixuana, 843 qram tiryək, 3 kiloqram 480 qram psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunub.