CƏMİYYƏT


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 37 ədəd patron aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır