CƏMİYYƏT


Ticarət obyektləri, bərbərxanalar və gözəllik salonları fəaliyyətə başladı

Sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq bir sıra qadağalar qüvvəyə minmişdi. Lakin Nazirlər kabineti yanında Operativ qərargahın verdiyi qərara əsasən yanvar ayının 25-dən etibarən muzey və sərgi zallarının, ticarət mərkəzlərinin (iri ticarət mərkəzləri və mallar istisna olmaqlar), həmçinin bərbərxanaların və gözllik salonlarının fəaliyyətinə icazə verilib. Təbii ki, karantin qaydalarına uyğun olaraq adı çəkilən xidmət sahələri fəaliyyət göstərməlidir. Qeyd edək ki, Operativ qərargahın verdiyi digər qərara əsasən, fevral ayının 1-dən etibarən kafe, restoran və çay evlərinində fəaliyyətinə icazə veriləcək.