CƏMİYYƏT


Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs iş başında yaxalanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsi “iş başında” saxlayıblar.
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub. O, mağazadakı içərisində pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib.