CƏMİYYƏT


Dəniz quldurlarının “MV Mozart” gəmisinə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Siyəzəndə dəfn olunub

Nigeriya sahillərində “MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov yanvarın 27-də dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmyerlimizin nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə Türkiyə üzərindən Azərbaycana gətirilib.