CƏMİYYƏT


FHN Səbail rayonunun 20-ci sahə adlanan ərazidə torpaq sürüşməsinin baş verməsi barədə yeni məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Səbail rayonunda 20-ci sahə adlanan ərazidə baş verən torpaq sürüşməsi barədə yeni məlumat yayıb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd edilib ki, yanvarın 28-də saat 21:05-də FHN-in 112 - qaynar telefon xəttinə 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb.