CƏMİYYƏT


Bayıl yamacında torpaq sürüşməsi yenidən aktivləşib

Bakının Səbail rayonunda 20-ci sahə adlanan ərazidən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib. Ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması və əraziyə düşən intensiv yağıntılar sürüşmə zonasını aktivləşdirib. Hadisə nəticəsində 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb, 1 minik avtomobili isə torpaq altında qalıb. Adiyyati qurumlar ərazidə təhlükəsizlik işləri həyata keçirir.