CƏMİYYƏT


Yaşı 65-dən yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılıb

Fevralın 1-dən yaşı 65-dən yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiya olunmasına başlanılıb. 7 nömrəli Şəhər Poliklinikasından AZƏRTAC-a verilən məlumata görə, səhər saatlarından başlayaraq peynvəndlənmə davam edir. Xatırladaq ki, xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvəndləmə işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır