CƏMİYYƏT


Kafe,restoran və çay evləri fəaliyyətə başladı

Karantin rejiminin yumşaldılması ilə əlaqədar olaraq Nazirlər kabineti yanında Operativ Qərargahın verdiyi qərara əsasən, Fevral ayının 1-dən etibarən kafe,restoran və çay evləri fəaliyyətə başladı. Təbii ki, xidmət sahələri fəaliyyətə başlasada Covid-19 virusunuda unutmaq olmaz, gigiyenik qaydalara riayət olunmalıdı. Restoranların giriş hissəsində dezinfeksiyaedici məhlullar yerləşdirilib ki, hər bir vətəndaş bu yerlərə üz tutarkən tibbi spirtdən istifadə etsinlər. Məlum məsələdi ki, yoluxma sayında azalmalar olduğuna görə də, karantin rejimi qismən yumşaldılır.