CƏMİYYƏT


Binə qəsəbəsində narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İlqar Hacıyev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm heroin aşkar edilib. İ.Hacıyev narkotik vasitəni şəxsi istifadəsi üçün Binə qəsəbəsində yaşayan Namiq Ağayev adlı şəxsdən aldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır