CƏMİYYƏT


Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şəxslər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərindən birindən oğurluq edən şəxs saxlanılıb.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub.
Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2 000 manata yaxın maddi ziyan vurub. Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə qurudulmuş maruxuana da aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır