CƏMİYYƏT


105 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı

Polis əməkdaşları tərəfindən təkcə son sutka ərzində keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 105 kq-dan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Qadir Baladadaşov saxlanılıb. Onun Binəqədi rayonunda yaşadığı evə baxış zamanı ümumi çəkisi 80 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən 55 kiloqram heroin, 2 kiloqram 700 qram tiryək, 10 kiloqram marixuana, 13 kiloqram psixotrop maddə olan metamfetamin, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri və 1 ədəd elektron tərəzi götürülüb.