CƏMİYYƏT


23 şəhər və rayonda 2 milyon 256 min nəfər sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib

Nazirlər Kabinetinin Qərarına əsasən 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortanın ölkənin 23 şəhər və rayonunda tətbiqinə başlanılıb. Dövlətimiz ilkin mərhələdə bütün xərcləri öz üzərinə götürüb və həmin ərazilərdə sığorta haqqı toplanılmayıb. Bu dövlətimiz tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən dövlət büdcəsindən icbari tibbi sığortanın ötən ilin yanvarından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat sığorta haqqı ayrılıb. Nəticədə 23 şəhər və rayonda 2 milyon 256 min nəfər sakinin xidmətlər zərfindən dövlət büdcəsinin vəsaiti hesabına istifadəsi təmin edilib. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına tibbi xidmətlərlə təmin edilməsi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü xeyli azaldıb.