CƏMİYYƏT


Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ürək və damar cərrahiyyəsi üzrə 1252 əməliyyat həyata keçirilib

Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu 23 inzibati ərazi üzrə 35 min 287 cərrahi əməliyyat həyata keçirilib. Bu da 2019-cu illə müqayisədə 7 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.