CƏMİYYƏT


Ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib

Ötən il səhiyyə işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilib. Yeni Qaydanın tətbiqi nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib. Nəticədə ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib. Bu rəqəm 2019-cu illə müqayisədə 43.52 faiz çoxdur.